Ölkə

Gələn il Azərbaycanda işləmək istəyən əcnəbilər üçün 6725 yerlik kvota ayrılacaq

8 Noyabr 2019 15:24
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gələn il Azərbaycanda əmək fəaliyyətinə cəlb olunmaq istəyən əcnəbilər üçün 6725 yerlik kvotanın ayrılması nəzərdə tutulub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O, artıq kvotanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini, sənədin təsdiqinin gözlənildiyini söyləyib.

Nazir müavini bildirib ki, bu kvota işəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində müəyyən edilir: "Ölkəmizdə bəzi ixtisaslar üzrə işçi qüvvəsini təmin edə bilmirik. Təmin edə bilmədiyimiz sahələr üzrə çalışırıq ki, ən yüksək ixtisaslı şəxslər gətirilsin. Digər istiqamətlərdə isə yerli əmək bazarının imkanları hesabına təlabatı ödəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.