Ölkə

Tanınmış həkimin ailəsində faciə - Qızı xərçəngdən öldü - FOTO

7 Noyabr 2019 17:59
3 Şərh     Baxış: 8 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.

Milli.Az BakuPost-a istinadən xəbər verir ki, psixiatrın həkim qızı, Hippokrat Tibb Mərkəzinin Laboratoriya Departamentinin rəhbəri Nigar Tağızadə bu gün vəfat edib.

1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun 3 övladı var.

Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır. L. Tağızadə sözügedən Tibb Mərkəzinin direktorudur.

Qafqazinfo mərhumun fotosunu əldə edib. (Nigar Tağızadə və bacısı Leyla Tağızadə)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.