Ölkə

Azərbaycanlı milyarder Göyçaya gəldi - FOTO

7 Noyabr 2019 18:59
3 Şərh     Baxış: 14 975

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov doğulduğu Göyçay rayonuna qonaq gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər  verir ki,  F. Əhmədov rayonda həmyerliləri və sinif yoldaşlarıyla görüşüb. Sosial şəbəkələrdə iş adamının Göyçay gəzintisi ilə bağlı foto paylaşılıb.

Qeyd edək ki, son vaxtlar azərbaycanlı biznesmenin adı müxtəlif qalmaqallarda səsləndirilir. Onun keçmiş yoldaşı Tatyana Əhmədovadan boşanması da mətbuatın diqqətində olub.  Hətta  F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri kimi tarixə düşüb. Buna görə də iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula biləcəyi haqqında məlumatlar da yayılıb. Səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən biznesmen T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının hesabına yalnız 5 milyon funt-sterliq köçürüb.

Xatırladaq ki, FORBES-in Rusiyalı milyarderlərlə bağlı yeni siyahısında F. Əhmədov 1,4 milyardlıq sərvəti ilə (ötən ilki sərvəti 1,3 milyard olub) 69-cu yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Zuni · 7 Noyabr 19:0243

    Qazanin yedizdirin ruslara,qocalanda da pis gune qalin

    Cavab yaz
  • Anonim
    Raul · 7 Noyabr 21:0151

    Səf etmirəmsə, pulu Rusiyada qazanıb. Azərbaycanda qalsaydı, qoyun otarırdı.

    Cavab yaz
    • Anonim
      Samir · 8 Noyabr 20:4800

      Allah özne qismet elesin eziyet cekib

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.