Ölkə

"Doğum evlərində süni uşaq qidaları satılır?" - Nazir müavini cavab verdi

6 Noyabr 2019 13:04
1 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə nazirinin müavini Elsevər Ağayev dövlət doğum müəssisələrində ayrı-ayrı şirkətlər tərəfindən valideynlərə yenidoğulanların qidalandırılması üçün süni uşaq qidalarının satılmasına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, E.Ağayev deyib ki, bəzi şirkətlər uşaq qidaları ilə bağlı düzgün təbliğat aparmırlar. Buna görə həkimlər də yeni doğulan uşaqların qidalanmasına diqqət etməlidirlər: "Səhiyyə Nazirliyi olaraq apardığımız siyasət ondan ibarətdir ki, uşaqların qidalandırılmasında ana südünə üstünlük verilsin. Uşaqların ana südü ilə qidalandırılması daim təbliğ olunur. Bu məsələdə Səhiyyə Nazirliyi ilə yanaşı, ictimaiyyət də iştirak etməlidir".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisinin 12-14 faiz olduğunu bildirib.

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı qeyd edib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.