Ölkə

"Dərmanların idxal prosedurunun sadələləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb" - Nazir müavini

6 Noyabr 2019 12:55
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulur: "Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Dövlət Gömrük Komitəsi də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir. Düşünürəm ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq".

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.