Ölkə

Oktay Güləliyev Türkiyəyə aparılacaq

5 Noyabr 2019 17:29
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq müdafiəçisi Oqtay Güləliyev Türkiyəyə aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Güləliyevin oğlu Tural Güləliyev "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, həkimlər O.Güləliyevin Türkiyəyə aparılmasında heç bir təhlükə olmadığını bildiriblər: "Ailəsi olaraq onun aparılması üçün razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri görülür".

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.