Ölkə

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb

5 Noyabr 2019 17:09
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

F.Gülalıyeva bildirib ki, Heydər Əliyev Fondundan ona zəng edib həyat yoldaşının vəziyyəti ilə maraqlanıblar.
O qeyd edib ki, Fond ailəsinin müraciətini nəzərə alaraq, O.Güləliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

O.Gülalıyevin müalicəsi hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.