Ölkə

ETSN su hövzələrinin təmizlənməsi məqsədilə reyd keçirib

3 Noyabr 2019 15:54
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Baş Şirvan kollektorunda reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli Trend-ə bildirib ki, Baş Şirvan kollektorunda keçirdiyimiz reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib, toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilib.

Bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək.

K. Kərimli qeyd edib ki, qadağan olunnuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir. "Amma çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq.

Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.