Ölkə

Paytaxtda marşrut avtobuslarının hərəkətində çətinlik yaranıb

1 Noyabr 2019 12:14
Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində hərəkət edən avtobusların gecikməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda məhz bu cür çətinliklərə səbəb olur: "Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən "20-ci sahə" adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.