Ölkə

Nazir Sumqayıtdakı qoxuyla bağlı: "O cəriməni verməkdənsə, müəssisə işini düzgün qursun"

31 Oktyabr 2019 12:42
1 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev son günlər Sumqayıtda havadan gələn qoxuyla bağlı əhalinin narazılıqlarına münasibət bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Babayev məsələdən xəbərdar olduğunu qeyd edib.

O bildirib ki, sərt tədbirlər nazirliyin marağında deyil: "Biz də o siqnalları alırıq və çalışırıq ki, reaksiya verək. Bu iki metaləritmə müəssisəsidir. Biz onları cərimə etmişik. Orada Sumqayıt poliqonu havanı çirkləndirən əsas məsələdir. Həmin poliqonun müasir obyektə çevrilməsi üçün potensial var. Bəzi hallarda pərakəndəlik bu məsələlərə gətirib çıxara bilər. O cəriməni verməkdənsə, müəssisə işini düzgün qursun, tullantıları havaya atmasın. Burada cərimə sanksiyaları və maarifləndirmə prosesi bir yerdə getməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.