Ölkə

ÜST-ün Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib

30 Oktyabr 2019 13:57
1 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

H.Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər.

Bu prosedurun BMT tərəfindən müəyyən edildiyini qeyd edən H.Harmancı əlavə edib ki, yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər.

O, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq statusun verildiyini xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.