Ölkə

Dənizdəki partlayışda yaralananların vəziyyəti: 2 nəfər palataya köçürüldü

30 Oktyabr 2019 10:28
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb.

Milli.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan Vəliyev Azər Vaqif oğlu və Paşayev Rafiq Bəhruz oğlunun vəziyyəti stabilləşib və onlar palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xəlilov Böyükağa Məmmədağa oğlunun isə vəziyyəti sabit ağır olduğundan müalicəsi reanimasiya şəraitində davam etdirilir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.