Ölkə

Avtomobil ehtiyat hissələrini qanunsuz yolla keçirən Gürcüstan vətəndaşı saxlanıldı

29 Oktyabr 2019 16:09
0 Şərh     Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsi ilə salon aralığında xüsusi düzəldilən yerdə gizlədilən 4 ədəd mühərrik, ümumilikdə, 34 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.