Ölkə

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün elektron sistemdən istifadə edəcəklər

29 Oktyabr 2019 13:38
0 Şərh     Baxış: 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq:

"Sistem "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər".

S.Rüstəmli bəzi sahibkarlara xəbərdarlıq da edib:

"Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da, onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaq və ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.