Ölkə

3 rayonda qaz olmayacaq

29 Oktyabr 2019 10:36
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək.

Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.