Ölkə

Nazirlik restoran sahiblərinə yenidən xəbərdarlıq etdi

28 Oktyabr 2019 15:29
0 Şərh     Baxış: 1 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı yenidən şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, monitorinqlər zamanı məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur:

"Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəmliyin son günləridir, toyların başlamasını nəzərə alaraq, ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda, onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.