Ölkə

Bakıda evdən qaçan 22 yaşlı gəlin GÖRÜN HARADAN ÇIXDI - İnstaqramda tanış olduq... - FOTO

25 Oktyabr 2019 18:00
43 Şərh     Baxış: 16 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 yaşlı gəlin 6 illik ərindən olan iki uşağını atıb yad kişi ilə qaçıb.

Milli.Az xəbər verir ki, gənc qadın "Səni axtarıram"a üz tutaraq hər kəsi təəccübləndirib.

22 yaşlı gəlinin dedikləri Xoşqədəm Hidayətqızı başda olmaqla studiyadakıları da məəttəl qoyub:

"Yoldaşımdan ayrılmaq istədiyim üçün bura gəlmişəm. 3 və 4 yaşında iki uşağım var. Uşaqlar yoldaşımdadır. Evdən qaçmışam. Sevdiyim oğlanla bir yerdə qalıram. Mən yoldaşımı istəmirdim, evdən veriblər məni ona. Bu oğlanı da bir həftədir sevirəm. Onunla İnstaqramda tanış olduq". 

Xoşqədəm "Evdən qaçanda bəs uşaqları niyə özünlə aparmadın?" sualı ilə itkin gəlinə müraciət edib. Qadının cavabı yenidən heyrətləndirib:

"Uşaqlar onundur. Daha uşaqları da istəmirəm".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.