Ölkə

DİQQƏT! Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirildi - 2 günlük

25 Oktyabr 2019 11:10
0 Şərh     Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın bu gün və sabah paytaxtda "Qoşulmama Hərəkatı"na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilib.

5 nömrəli marşrut:

20-ci sahə istiqamətində A.Nemətulla küçəsi - H.Əliyev prospekti - G.Qədirbəyova küçəsi - Xətai prospekti - Ə.Ağaoğlu küçəsi - Təbriz küçəsi daha sonra öz xətti üzrə.

"N.Nərimanov" metro stansiyası istiqamətində Təbriz küçəsi - Ə.Ağaoğlu küçəsi - Xətai prospekti - H.Əliyev prospekti - İ.Hidayətzadə küçəsi - Çernyayevski küçəsi - A.Nemətulla küçəsi - Təbriz küçəsi

11 nömrəli marşrut:

S.Rəhimov küçəsi ("28 May" metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi - Təbriz küçəsi - A.Nemətulla küçəsi - H.Əliyev prospekti - G.Qədirbəyova küçəsi - Xətai prospekti daha sonra öz xətti üzrə.

Əbilov küçəsi istiqamətində Xətai prospekti - H.Əliyev prospekti - İ.Hidayətzadə küçəsi - Çernyayevski küçəsi - A.Nemətulla küçəsi - Təbriz küçəsi - Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə.

Eyni zamanda tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcək. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.