Ölkə

Gürcüstandan gələn 4 avtomobildə qanunsuz yolla keçirilən əşyalar aşkarlanıb - FOTO

24 Oktyabr 2019 13:39
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları 3 fakt üzrə pirotexniki vasitələrin, mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21099", "Opel Astra" və "Opel Vectra" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 2808 ədəd pirotexniki vasitələr, 2 ədəd "İpone 11 Pro Max" markalı mobil telefon və qulaqlıq, 11 ədəd mobil telefon üçün qutu aksesuarları ilə birlikdə aşkarlanıb.

Bununla yanaşı, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 430" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra "Buran" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiya nəticəsində minik maşınının baqajında və arxa oturacaqların altından 1332 ədəd üzərində "Silver Cracker", 600 ədəd "Titan-5", 560 ədəd "EK-3", 600 ədəd "Big Bang", 1550 ədəd "Bird egg cragker", 1332 ədəd "Silver Cracker", 580 ədəd "Zenga", 940 ədəd "Mini Triangle" yazılan pirotexniki vasitələr aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.