Ölkə

Bakıda məktəb həyətində çoxmərtəbəli bina tikilir? - VİDEO

24 Oktyabr 2019 11:09
2 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda orta məktəbə bitişik tikilən çoxmərtəbəli yaşayış binası tərəflər arasında mübahisəyə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən 54 saylı məktəbin direktoru Sahibə Abbasova bildirib ki, məktəbin stadionunun yaxınlığında bina tikilən zaman məktəbin həyətinə müdaxilə olunub:

"Binanın bir hissəsi, yəni tikinti işləri məktəbin həyətinə düşüb. Biz bununla bağlı rəmsi qurumlara müraciət etmişik. Hazırda məsələ araşdırılır".

Tikintini həyata keçirən fərdi şəxs Asif Əsədov isə bütün müavfiq qurumlardan tikinti üçün icazə alındığını bildirib. O əlavə edib ki, tikinti zamanı məktəbin həyətyanı sahəsinə girməkləri ilə bağlı deyilənlər doğru deyil:

"Müvəqqəti olaraq işlər dayandırılıb, rəmsi qurumlar araşdırma aparacaq. Amma biz məktəbin həyətinə müdaxilə etməmişik"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.