Ölkə

Ramiz Mehdiyev AMEA-nın yeni prezidenti seçildi - YENİLƏNİB

23 Oktyabr 2019 17:11
Baxış: 5 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:11

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, R.Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

----------

16:28

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.