Ölkə

Dənizdə itkin düşən balıqçının axtarışlarına helikopter cəlb edildi

23 Oktyabr 2019 14:36
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Aviasiya dəstəsinin 1 ədəd helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən gündəlik sahilboyu ərazilərdə vizual axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.