Ölkə

Gürcüstandan qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlandı - FOTO

23 Oktyabr 2019 13:26
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Honda Ridgeline" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı avtomobilin yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən ümumilikdə 5725 ədəd üzərlərində "Firewok star 16", "Firewok powerful ligth 49", "Firewoks 36", "Bang crackling" və "Big silver cracker" yazılan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.