Ölkə

Nazirlik işçi axtarır - 151 vakansiya var

23 Oktyabr 2019 13:08
0 Şərh     Baxış: 2 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 151 vakant yer üzrə işə qəbul elan edilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, elana əsasən, nazirlik tərəfindən 47 baytar həkimi, 33 aqronom, 23 aqrokimyaçı,16 aqrotexnik, 12 baytar feldşeri, 5 laborant, 11 sürücü, 4 traktorçu vakant yerlər üzrə işə qəbul ediləcəklər. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.