Ölkə

Eynək satan kişi sevdiyi qadını öldürdü - Sumqayıtda qətl

23 Oktyabr 2019 12:14
0 Şərh     Baxış: 2 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində Seymur Abdullayev qeyri-rəsmi yaşadığı Gülnar Əmənova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. O, Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Gülnar Əmənova xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, hadisədən 11 gün sonra dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Seymur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.