Ölkə

2 yük maşını toqquşdu, yol bağlandı - FOTO

23 Oktyabr 2019 11:55
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 140-cı kilomtrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı yük maşını Qazax istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına dəyib. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb və yük yerində olan mişar daşları ətrafa dağılaraq yolu bağlayıb.

Hadisə nəticəsində hər iki yük maşınının sürücüsü, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Fizuli oğlu və 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.