Ölkə

Deputatlar bu gün nələri müzakirə edəcək?

22 Oktyabr 2019 09:59
1 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Lisenziyalar və icazələr haqqında" , "Dövlət rüsumu haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.