Ölkə

“Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF

20 Oktyabr 2019 18:24
4 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan müharibə şəritində yaşayan ölkədir. Düşmənlərimiz bizim tariximizi çox zaman saxtalaşdırmağa, öz xeyrinə uyğun istifadə etməyə çalışırlar. Ona görə, bizdə tarixi məlumatlar yayan telekanal mütləq olmalıdır".

Milli.Az bildirir ki, bunu Modern.az-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov deyib. O, Azərbaycanda tarixi məlumatlar çatdıran telekanalın açılmasını təklif edib:

"Mən bununla bağlı təcrübəyə xarici ölkələrdə rast gəlmişəm. Məsələn, Polşada bir deyil, hətta iki telekanal yalnız bu dövlətin tarixindən bəhs edən verilişlərə ayırılıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün televiziya kanalının açılmasına ehtiyac var".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.