Ölkə

Ağaclar necə əkilməlidir ki, bitmək faizi yüksək olsun? - Mütəxəssis rəyi - FOTO

19 Oktyabr 2019 13:39
0 Şərh     Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda - 650 min ağac əkiləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edir.

- Ağac əkilərkən hansı qaydalara riayət olunmalıdır?

- İlk növbədə, ağac əkiləcək ərazi müəyyənləşdirilməli, sahə kol-kosdan təmizlənməli və torpaq hazırlığı (şum və çala qazmaq) işləri aparılmalıdır. Ağac tingləri bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tinglərin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalıdır. Çalanın dərinliyi az olarsa, tinglərin kökləri qışda şaxtadan, yayda istidən məhv ola bilər. Əksinə, çox dərin qazılarsa, kökləri zəif inkişaf edər və ağac quruyar. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Əkildikdən sonra küləkdən qorunması üçün ting rezin iplə dirəyə bərkidilməlidir. İpi bağlayarkən ağacın qabığı zədələnməsin deyə sıxlıq nəzərə alınmalıdır. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.