Ölkə

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlandı - FOTO

17 Oktyabr 2019 13:37
1 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford transit" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sürücü ilə sərnişin kabinlərinin arasında - xüsusi düzəldilən gizli saxlanc yerindən 1600 ədəd üzərində "Mega Piratka" yazılan pirotexniki vasitə, 804 ədəd üzərində "Magical Candle" və 60 ədəd üzərində "Roman Candle" yazılan fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.