Ölkə

İmişlidə ağır qəza: bir nəfər öldü

15 Oktyabr 2019 15:35
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi "VAZ-2106" və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobilləri toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.