Ölkə

MSK sədri: "Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək"

11 Oktyabr 2019 11:20
Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu il dekabrın ikinci yarısında bələdiyyə orqanlarına seçkilər keçiriləcək.

M.Pənahov əlavə edib ki, bu seçkilərdə ölkədəki 1606 bələdiyyəyə 15 mindən artıq üzvün seçiləcəyi gözlənilir.

MSK sədri qeyd edib ki, seçkilərin keçirilməsi ilə əlaqədar müəyyən dövlət orqanlarının üzərinə də müəyyən öhdəliklər düşür.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.