Ölkə

Bakıda "07" YPX binasının yanında dirəyə çırpıldı, sürücü öldü - VİDEO

11 Oktyabr 2019 10:59
0 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağır yol qəzası olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Qala-Pirallahı yolunda baş verib.

Gecə saatlarında Suraxanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abuzərov Elman Rauf oğlu idarə etdiyi "VAZ 2107"markalı 99 TC 862 dövlət nömrə nişanlı avtomobillə Pirallahı-Qala yolunda şəhər istiqamətində hərəkətdə olarkən Xəzər rayonu Dövlət Yol Patrul Xidmətinin inzibati binasının yaxınlığında idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.