Ölkə

15 gün əvvəl daş karxanasında üzərinə darvaza aşan şəxs öldü, cinayət işi başlandı

8 Oktyabr 2019 20:34
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 15 gün əvvəl daş karxanasının qarşısında koma vəziyyətində aşkar edilən şəxs xəstəxanada ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə məntəqəsinin yaxınlığındakı daş karxanasının qarşısında baş vermişdi.

Sentyabrın 25-də Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinin arxasında fəaliyyətdə olan daş karxanasının qarşısında qəsəbə sakinlərindən biri uzanmış vəziyyətdə naməlum şəxsi aşkarlayaraq ətrafdakılara məlumat verib.

Həmin şəxs koma vəziyyətində təcili tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. Araşdırmalar zamanı komatoz vəziyyətdə olan şəxsin Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu olduğu müəyyən edilmişdi.

İlkin araşdırma zamanı məlum olub ki, Y.Bayramov daş karxanasında dəmir darvazanı açarkən darvaza aşaraq ona dəyib. Nəticədə o, koma vəziyyətinə düşüb.

Y.Bayramov oktyabrın 7-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.