BŞBPİ piketlə bağlı məlumat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Milli.Az-a verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılmışdır:
"Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılmış, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olnması barədə xəbərdar edilmişlər.
Lakin onlar "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşmış, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar etmiş, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstərmişlər.
Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olmuş, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmış, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilmişdir.
İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınmışdır.
Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilmiş, 4 nəfər barəsində inzibati protokol tərtib olunmuşdur. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”
-
“Bitkoin” ucuzlaşdı
-
Dünyanın ən bahalı qapıçısı müəyyənləşdi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
Ayxan Abbasov: “Elvin özünə yeni klub tapmalıdır”
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO





