Ölkə

Qaxda partlayış baş verən yer polis nəzarətinə götürüldü, əraziyə ANAMA çağırıldı

8 Oktyabr 2019 14:04
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib.

Məlumata görə, hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) dəvət olunub. Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq.

Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonu ərazisində qəfil partayış baş verib.

Hadisə nəticəsində ərazidə olan 6 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.