Ölkə

Qaxda güclü partlayış: 6 nəfər xəsarət aldı, 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB

8 Oktyabr 2019 12:21
2 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:21

Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 4-nün vəziyyəti yüngül, 2-sinin vəziyyəti isə orta-ağır stabildir. Xəstələrin həyati təhlükəsi yoxdur.

---------
12:14

Qax rayonunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış rayon mərkəzində qeydə alınıb. Hadisədə 5 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Xəstəxanaya çatıdırlıb.

Onlar 1993-cü il təvəllüdlü Zeynalaşvili Cemali Rato oğlu, 1955-ci il təvəllüdlü Zeynalaşvilli Rato Sard oğlu, 2004-cü il təvəllüdlü Sataşvilli Beka Zaza oğlu, 1998-ci il təvəllüdlü Sataşvilli Nizavi Zaza oğlu və 1980-cı il təvəllüdlü Nuruşvili Tamazi Napoleon oğludur.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Sataşvilli Nizavi Zaza oğlunun vəziyyəti ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.