Ölkə

Binəqədidə dəhşətli yanğının görüntüləri - VİDEO

7 Oktyabr 2019 14:51
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda güclü yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonu "Baksol" yolu adlanan yerdə qeydə alınıb. Adıçəkilən ərazidə 2 evin yanması onların qarşısında olan 2 minik avtomobilinə də ziyan vurub. Belə ki, "VAZ" markalı avtomobil tamamilə yanaraq kül olub, "OPEL"ə isə xeyli ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub. Qurumdan Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri, bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və evin xarici divarında quraşdırılan 1 ədəd kondisioner mühərriki yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.