Ölkə

Məktəbə sinəsi açıq gəlirsə... - Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ - VİDEO - FOTO

4 Oktyabr 2019 16:19
10 Şərh     Baxış: 4 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər müəllimlərin də vahid geyim formasına keçidi məsələsi gündəmə gəlib. Hətta bəzi məktəblər bu mövzuda irəli gedərək, müəllimlər vahid forma geyinməyə başlayıb.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Günel Babayeva - Müəllim: "Bu geyimdə çox səliqəli görünürük. Belə olan təqdirdə eyni paltarları alıb geyinməyə hamının imkanı çatır. Başqa cür olanda biri yaxşı geyinir, biri pis geyinir. O zaman dövlətli, varlı seçilir".

Hazırda müəllimlər üçün vahid geyimlər bütün respublika üzrə deyil, ayrı-ayrı müəssisələrdə, pərakəndə formada tətbiq edilir. Belə məktəblərdən biri paytaxtın suraxanı rayonundakı 279 saylı orta məktəbdir.

Südabə Abdullayeva - Məktəb direktoru: "Kollektivin özündən belə bir istək doğdu ki, gəlin eyni geyinək. Ona görə ki, rəngarəng geyinəndə uşaqların fikri dağılır".

Fərrux Rüstəmov - Ekspert: "Müəllim məktəbə hökmən normalara uyğun geyinib gəlməlidir. Müəllim nə cür geyinirsə, mini yubka geyinirsə, yuxarı sinif şagirdləri də təbii ki, çalışacaq mini geyinsin. Sinəsi açıq geyinirsə, şagirdlər də elə geyinəcək. Evdə ailədə deyir ki, əgər müəllimim geyinirsə mən niyə belə geyinməyim?".

Ekspertlər hesab edir ki, bu gün ölkəmizdə şagirdlər kimi müəllimlər də vahid geyim formasına keçməlidir. Çünki bəzi müəllimlərin məktəb geyimi ilə toy geyimi arasında fərq yoxdur.

Fərrux Rüstəmov - Ekspert: "Müəllim geyimindən tutmuş, bəzək əşyalarına qədər şagirdlərin diqqətini öz üzərinə cəlb etməməlidir. Parıldayıcı olmamalıdır. Şagirdləri yayındırmamalıdır. Uzaqdan gələndə hamı görsün ki, müəllim gəlir, ona hörmət etsinlər".

Geyim sahəsi üzrə mütəxəssislərin fikrincə, müəllimlərin geyimi paytaxt və ayrı-ayrı bölgələr üzrə eyni yox fərqli olmalıdır.

Səkinə Babayeva - BTF-nin direktoru: "Çeşidlilik nə qədər bölgələr üzrə artsa, bir o qədər məktəblərdə insanların buna marağı artar. Çünki bir növ hərbiləşmiş geyim sistemində olursa, heç kimə maraqlı olmayacaq. Lakin heç olmasa bölgələr üzrə, həmin bölgələrin rəngarəng həm məhsulları var, milli ənənləri var. Onlara uyğunlaşdırılan olarsa, o zaman düşünürəm ki, müəllimlərə maraqlı olar".

Xatırladaq ki, bu günlərdə Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimlərinin vahid geyim formasına keçməsi bağlı xəbərlər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar. Təhsil Nazirliyindən isə bildirdilər ki, orta məktəblərdə çalışan müəllimlər üçün vahid məktəb forması müəyyən olunmayıb. Bəzi məktəblərdə isə müəllimlərin vahid forma geyinməsi onların öz istəyi ilə bağlı olan məsələdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.