Ölkə

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirəcək

3 Oktyabr 2019 17:59
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan 2020-ci ilin ortalarında bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Rusiya enerji həftəsi" forumu çərçivəsində deyib.

Nazir bildirib ki, Azərbaycan neft və qaz tədarükçüsü olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı üzərində işləyir:

"Bu yaxınlarda biz yeni qanun layihəsi hazırlamışıq. Bu ilin sonunadək layihə qəbul olunacaq. Gələn ilin ortalarınadək biz bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacağıq".

P.Şahbazov forum iştirakçılarını hərraclarda iştirak etməyə dəvət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.