Ölkə

Bakı-Sumqayıt qatarı niyə gecikib? - Rəsmi açıqlama - YENİLƏNİB - FOTO

3 Oktyabr 2019 11:02
2 Şərh     Baxış: 2 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:02

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Gecikməyə səbəb isə, Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlığın yaranması olub:

"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

----------
10:26

Bu gün səhər saatlarında yenə Bakı-Sumqayıt sürət qatarı sərnişinləri pis vəziyyətdə qoyub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Sumqayıtdan Bakıya gələn qatarların hərəkətində ləngimələr müşahidə olunub.

Belə ki, Biləcəri stansiyasından saat 07:42-də yola düşən qatar 6 dəqiqə, Biləcəri stansiyasından 08:14-də yola düşən qatar isə 40 dəqiqə gecikib.


Qatardan istifadə edən sərnişinlər isə gecikmələrə görə olduqca məyus olublar. Bəziləri isə bu hala etirazlarını bildiriblər.

Qeyd edək ki, qatar yolboyu çox yavaş hərəkət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.