Ölkə

Bu gün üçün ən yüksək temperatur Bakıda qeydə alınıb

2 Oktyabr 2019 16:56
0 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız fəslinin ikinci ayı - oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yaxın günlərdə də komfort temperatur şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Oktyabrın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur 24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var.

U.Tağıyeva deyib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək:

"Çoxillik meteoroloji müşahidələrə görə, bu gün (2 oktyabr) üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. 2012-ci ilin 2 oktyabrında Bakıda ən yüksək isti - 30,5 dərəcə, 1941-ci ilin 2 oktyabrında isə ən aşağı isti - 8,1dərəcə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.