Ölkə

Rusiyadan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı - FOTO

2 Oktyabr 2019 15:38
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz V220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilən 1 ədəd "İphone XS Max Space Gray 64 GB" və salonun ön panelinin hava filteri üçün nəzərdə tutulan yerin arxasında olan boşluqlardan 2 ədəd "İphone XS Max Space Gray 256 GB", 1 ədəd İphone XS Max Gold 256 GB", 1 ədəd "İphone XS Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.