Ölkə

Astara xəstəxanasında quduzluğa qarşı vaksin tapılmayıb?

2 Oktyabr 2019 14:44
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunda bir neçə şəxsi it dişləyib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şəxslər rayon xəstəxanasına müraciət edən zaman quduzluq əleyhinə vaksinlərin olmadığını iddia ediblər. Bu isə həmin şəxslər üçün problem yaradıb.

Sayt məlumatı dəqiqləşdirmək üçün xəstəxananın baş həkim müavini Oktay Əmənullayevlə əlaqə saxlayıb. O, it dişləmə ilə bağlı xəstəxanaya müraciətlərin edildiyini təsdiqləyib. Bildirib ki, ötən gün 3 nəfər xəstəxanaya müraciət edib: "Həmin şəxslərə quduzluq əleyhinə vaksin vurulub. Səhiyyə Nazirliyi bu cür hallara qarşı xəstəxananı lazımi dərmanlarla vaxtında təmin edir. Vaksinin olmaması ilə bağlı deyilənlər doğru deyil. 

Həmin şəxslər ambulator müayinə olunaraq evə buraxılıb. İtlər də zərərsizləşdirilib. Ümumiyyətlə, rayon yeri olduğu üçün it dişləmə halları çox olur. Müraciət edənlərə də vaxtında yardım göstərilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.