Ölkə

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI

30 Sentyabr 2019 20:57
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin avqust ayında Azərbaycandan Türkiyəyə 150,8 min turist səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,36 faiz çoxdur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 2,39 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 630,6 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 6,44 faiz çoxdur.

Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 2,03 faiz təşkil edib.

Ümumilikdə isə bu ilin avqust ayında Türkiyəyə 6,307 milyon turist səfər edib. Bu rəqəm ötən ilin avqustu ilə müqayisədə 17,17 faiz çoxdur.

Avqust ayında Antalyaya 2,4 milyon, İstanbula isə 1,5 milyon turist səfər edib.

2019-cu ilin yanvar-avqust aylarında Türkiyəyə ümumilikdə 31 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,72 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.