Ölkə

Azərbaycanda itkin düşən iki ayın gəlini görün haradan tapıldı

30 Sentyabr 2019 18:14
9 Şərh     Baxış: 21 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda itkin düşən iki ayın gəlini tapılıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, Məmmədli Müjgan Salman qızı tapılıb. 24 yaşlı qız Xəzər TV-də yayılan "Səni axtarıram" verilişinin yardımı nəticəsində tapılıb.

Bir müddət əvvəl verilişə Müjganın anası müraciət edərək qızının tapılması üçün yardım istəyib.

Müjgan canlı yayımda bildirib ki, əri və qayınanası tərəfindən işgəncələrə məruz qaldığı üçün evdən qaçıb:

"Qayınanam oğlu ilə birlikdə içir, məni döyürdülər. Dəfələrlə toyuq damında gecələmişəm. Artıq dözə bilmədim qaçdım. Heç kim mənə sahib çıxmadı. Bərdədə və bir neçə rayonda bir neçə gün qalmışam. Evdən götürdüyüm qızılları satıb dolanmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.