Ölkə

Bakı məktəblərində təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO

30 Sentyabr 2019 14:52
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 15 sentyabr - 15 oktyabr "Diqqət Uşaqlar" təhlükəsizlik ayı çərçivəsində silsilə tədbirləri davam etdirir.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Trend-ə bildirib ki, bu gün Bakı şəhəri, Nəsimi rayonu, 266 nömrəli orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verib, valideynlərə və müəllimlərə uşaqların piyada keçidindən istifadə etməsi, yol hərəkəti qaydalarını mənimsəmələrini təbliğ etməsi tövsiyə olunub.

Şagirdlər yol hərəkəti qaydalarından bəhs edən kompozisiya ilə çıxış ediblər, fərqlənən məktəblilərə zəruri məktəbli ləvazimatları hədiyyə olunub

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.