Ölkə

MSK-dan Cəbrayılovla bağlı açıqlama

30 Sentyabr 2019 14:10
2 Şərh     Baxış: 4 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, millət vəkili Rafael Cəbrayılov mandatından imtina etməsi ilə bağlı parlamentə müraciət edib. Protokol qaydasına əsasən, qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK)  göndərilib. 

Milli.Az xəbər verir ki, MSK-nın sözçüsü Şahin Əsədli qafqazinfo-ya açıqlamasında bildirib ki, hələ ki, sözügedən məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb:

"Müraciət daxil olandan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, baxılıb müvafiq qərar veriləcək".

Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra geniş müzakirələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.