Ölkə

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın - TƏKLİF

30 Sentyabr 2019 13:37
2 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır.

T.Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: "Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, "xalq diplomatiyası"nı qəbul etmirəm".

Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.