Ölkə

Deputat: "Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər"

30 Sentyabr 2019 12:52
2 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında deputat Musa Quliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Quliyev bildirib ki, qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də belə məkanlarda siqaret çəkənlər var.

Deputat qeyd edib ki, parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur: "Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsləni nəzarətə götrürsünlər".

M.Quliyev əlavə edib ki, televiziyalarda energetik içkilərin reklamı qadağan edilməlidir:

"Energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir. Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir. Bununla bağlı "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.